Tours


Naftalan Starting from  438 AZN


“Premier Tour” tərəfindən eksklüziv təklif.
Biz “CHINAR Hotel & Spa Naftalan” otelində 1 həftədən 3 həftəyə qədər müddətdə müalicəvi turlar təklif edirik.
Naftalan – Azərbaycanın qərbində olan bir şəhərdir, Bakıdan 330 km məsafədə yerləşmişdir. Yüz illər ərzində Naftalan müalicəvi neftlə zəngin olan bir yer kimi məşhurdur. Naftalan, sanki ümidsiz şəkildə xəstə olan minlərlə insana, öz sağlamlıqlarını bərpa etməyə kömək etmişdir. Müdriklərin dediyi kimi, bu – Yerin arterial qanıdır, bizə həyati enerji verir.

Naftalan neftindən istifadə edilməsinə təxminən 2 əsr əvvəl başlanmışdır. XX əsrin ortalarında Naftalan bütün Sovet İttifaqında məşhur olan bir kurorta çevrildi. Neft kimyası sahəsində əldə olunan elmi nailiyyətlərlə əlaqədar olaraq naftalan vannalarının tətbiq sahəsi böyüdü. 1990-cı illərin sonlarında Naftalanın kurort bazası modernləşdirildi və turistlər arasında daha populyar oldu.

“Chinar Hotel & Spa Naftalan” müştərilərə xidmətin maksimal səviyyəsini təmin edən müasir komfortabelli oteldir. Otel nəhəng ərazini əhatə edir və hər tərəfdən küknar və çinar ağacları ilə əhatə olunmuşdur. O, istirahət edənlər üçün açıq havada gəzinti və idman imkanları, ən incə zövqləri qane edən istirahət, həmçinin, uşaqlar üçün əyləncə zonasını təklif edir.

“Chinar Hotel & Spa Naftalan” əsasən, yüksək texnologiyalarla təchiz olunmuş və Naftalan nefti vasitəsilə müxtəlif xəstəliklərdən müalicənin geniş spektrini təqdim edən tibbi profilaktika mərkəzidir.

Naftalan yağı ağrıkəsici, soyuqdəymə əleyhinə, damar genişləndirici və allergiyaya qarşı təsirlərə malikdir, kişi və qadın xəstəliklərinin müalicəsində mübadilə proseslərinin intensivliyini fəallaşdırır. Bütün sadalananları nəzərə alaraq, bu yağ 70-dən artıq xəstəliyin müalicəsində istifadə olunur.

• Əzələ-sümük sistemi xəstəlikləri
• Periferik sinirlərin xəstəlikləri
• Periferik damarların xəstəlikləri
• Dəri xəstəlikləri
• Ginekoloji xəstəliklər
• Xroniki prostatit

Qonaqlar üçün pulsuzdur:

- Hovuz
- Sauna
- Türk hamamı
- Fitnes mərkəzi
- Otelin ərazisindəki idman meydançaları
- Oyun üçün uşaq otağı
- Uşaq meydançası
- Avtodayanacaq
- Bütün nömrələrdə naqilsiz İnternet

Tur qiymətinə daxildir

- Komfortabelli nömrədə yaşayış.
- “Sa


Contact

We are always online


© 2017 - Premier Group