Tours


Altiaghaj Starting from  32 AZN


Bu cür təsirli istirahət potensialı ilə Azərbaycan təbii sərvətlərə görə marağın dövlət əhəmiyyətli məsələ olduğu ölkələrdən biridir. Bioloji cəhətdən müxtəlif bitki növlərinin qorunub saxlanması və bərpası, eko-turizmin inkişafı, insanlarda ətraf mühitə qarşı rəğbətin yaradılması, ölkənin özünəməxsus təbii komplekslərində ümumi tədqiqat fəaliyyətləri – bu qorunan ərazilərin müəyyən edilmiş sisteminin əsas məqsədləridir.

PremierTour ölkəmizin bütün qonaqlarına “Altıağac” Milli Parkına səfər etməyi təklif edir.

Altıağac Milli Parkı 2004-cü ildə təsis edilmişdir. Milli Park Xızı və Siyəzən ərazilərində yerləşir. Park Altıağac Milli Dövlət Qoruğunun və dövlət meşə ərazilərinin yaxınlığında 11035 hektar ərazidə yerləşir. Milli Parkın yaradılmasının əsas məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftının əsas tərkib hissələrinin qorunub saxlanılmasını, flora və fauna növlərinin bərpasını, turizm və istirahət ilə yanaşı ətraf mühit barədə maarifləndirmənin həyata keçirilməsini təmin etməkdir.  Milli Parkın ərazisinə dağ meşə-qəhvəyi, çimli-karbonatlı dağ meşə torpaqları, dağ-çəmən bozqır torpaqları və digər növ ərazilər daxildir. Buranın iqlimi həm qış, həm də yayda mülayim isti və qurudur. Ərazidə yerləşən ən böyük çay Ataçaydır. Mənbəyi Dübrar Dağının 1870 metr hündürlüyündən başlayan Ataçay çayı Xəzər dənizinə tökülür. Parkın əsas hissəsi meşələrlə örtülmüş ərazilərdən ibarətdir. Əsas bitki örtüyü Qafqaz palıdı, Qafqaz vələsi, şərq fısdığı, quşarmudu və toz ağacı və s. ağaclardır. Ərazidə mövcud olan kollar yemişan, itburnu və böyürtkəndir. Milli parkda məməlilərdən cüyür, qonur ayı, vəhşi qaban, vaşaq, yenot, tülkü, dələ, canavar və quşlardan qırqovul, kəklik, qartal, qaratoyuq, çobanaldadan, alabaxta vardır.

Tur haqqında məlumat:

- Turun 5 saat çəkəcəyi nəzərdə tutulmuşdur. 
- Tur zamanı sizi təlimatçılar müşayiət edəcəkdir. 
- Altıağac Bakıdan 1 saat uzaqlıqda yerləşir.

Tur qiymətinə daxildir

- Nəqliyyat
- Bələdçi
- Giriş biletləri

Tur qiymətinə daxil deyil

- Yemək
- Sığorta
- Xüsusi təchizatlar

Qeydlər

Turun qiyməti (2 nəfərlik qrupda) – 93 AZN
Turun qiyməti (10 nəfərlik qrupda) – 32 AZN


Contact

We are always online


© 2017 - Premier Group