Tours


Nakhchivan city of legends Starting from  190 AZN


1 gün
08:20 – də Bakidan Naxçıvana uçuş
10:30 - Şəhərin mərkəzindəki Grand Hotel otelinə yerləşmə.
Şəhər daxilində, tarixi abidələrə ekskursiya. “Xan sarayı” (ХVIII əsrə aid tarixi-memarlıq abidəsi, Naxçıvan xanlarının yaşayış evi olmuşdur), Qala kompleks, Nuh Peyğəmbər türbəsi (Türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Sərdabaya piləlkənlə enirlər. Sərdabanın ortasında daş dirək yerləşir. Rəvayətə görə, bu dirəyin altında Nuhun cənazəsi yerləşir. Hazırda türbə yerli hakimiyyətin qərarı ilə bərpa olunmuşdur), Möminə Xatun türbəsi” (İl-Dənizlər sülaləsindən Azərbaycan Atabəyi Cahan Pəhləvanın arvadı xatirəsinə bu adla tikilmişdir, mürəkkəb həndəsi ornament və Quranın yazıları ilə ustalıqla bəzənmişdir), Əhməd Cavad məqbərəsi.
18:00 Otelə dönüş
18:30 Oteldə şam yeməyi

 

2gün
09:00 Səhər yeməyi
10:30 Əshabi-Kəhfə ekskursiya (Müsəlman mifologiyasında təqiblər zamanı bir Allaha inancını qorumaq üçün mağarada gizlənən gənclərə Əshabi-Kəhf deyilir. Onlara dair epizodlar Quranın «Kəhf» (Mağara) adlı 18-ci surəsində verilmişdir. Qurana görə, gənclər Allaha onlara rəhm etməsi və haqq yola yönəltməsi üçün yalvarmışlar. Allah onların duasını eşidib, 309 il müddətə yatırtmışdır. Bu illər onlara «bir gün və ya günün bir hissəsi» kimi gəlmişdir. Eyni mifologiya xristianlıqda da mövcuddur – «Yeddi yatanlar») və Ordubad şəhərində ekskursiya.
Hava limanına transfer
21:00 Naxçivandan Bakiya uçuş.

 

Tur qiymətinə daxildir

• Oteldə gecələmə
• HB qidalanma (Səhər və axşam yeməyi)
• Baki - Naxçıvan - Baki reysinə aviabilet
• Ekskursiyalar
• Transfer
• Bələdçi xidməti

Qeydlər

Bir nəfər üçün qiymət (iki nəfərlik otağda) 190 AZN
Bir nəfər üçün qiymət (bir nəfərlik otağda) 195 AZN


Contact

We are always online


© 2017 - Premier Group